Şamaxı rəsədxanasından “21 dekabr fəlakəti” reportajı-
10 noyabr 2012 18:29 (UTC +04:00)

Şamaxı rəsədxanasından “21 dekabr fəlakəti” reportajı-

Bütün dünyada böyük səs-küyə səbəb olan “21 dekabr fəlakəti” ilə bağlı söz-söhbətlər bitmək bilmir. Elm və din adamları bu məsələyə aydınlıq gətirsə də, qədim Maya təqviminə inanan insanlar iddia edir ki, həmin gün Yer kürəsi zülmətə qərq olacaq və beləliklə, dünya məhv olacaq. Bu tarixə sayılı günlər qaldığından insanlar arasında böyük panikaya səbəb olan bu olayla bağlı Milli Elmlər Akademiyasının Astrofizika İnsitutunun Şamaxıdakı rəsədxanasına baş çəkib məsələyə elmi olaraq aydınlıq gətirmək istədik.

N.Tusi adına rəsədxananın elmi katibi Vaqif Xəlilov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, deyildiyi kimi, planetlərin paradı baş verəcək: “Amma bunun qalaktikada hər hansı bir dəyişiklikyə səbəb olacağını demək gülüncdür. Hətta dekabrın 21-də dünyanın axırı olacağını deyənlər belə bunu elmi əsaslarla sübut edə bilməzlər. Yer kürəsinin qaranlığa qərq olması yalnız Günəş sönən zaman baş verə bilər. Yaxud günəşin qarşısını planet və ya hər hansı iri həcmli bir cisim tutsa, Yer kürəsi tamamilə zülmətə qərq olar”.

Vaqif Xəlilovun sözlərinə görə, noyabrda günəş və ay tutulmaları baş verəcək ki, bu da cəmi 1-2 saat çəkəcək: “Günəş tutulması Yer kürəsinin cənubunda müşahidə ediləcək. Ay tutulmasını isə Azərbaycanda da müşahidə etmək olacaq. Əgər bir başqa göy cismi gəlib yerlə toqquşmasa, Yer kürəsi öz hərəkətində qalacaq. Ola bilər ki, böyük bir asteroid və ya komet Yer kürəsinə çırpıla bilər. Onu da kosmik cihazlar vasitəsi ilə 2-3 il öncədən bilmək olur. Müşahidələrimiz əsasında deyə bilərəm ki, həmin kometlər yaxın 20 ildə yer kürəsinə yaxınlaşmayacaq”.

Rəsədxananın elmi katibinin sözlərinə görə, yeni cihazlar vasitəsi ilə ən kiçik göy cisimlərini belə Yerə hansı məsafədə hərəkət etdiyini öyrənmək asandır: “Bir ayda 100 komet aşkar olunursa, onlardan cəmi 4-5-ni müşahidə altında saxlaya bilirik. Şamaxı rəsədxanasının dünyanın digər aparıcı dövlətlərinin rəsədxanaları ilə informasiya mübadiləsi var. Yer kürəsində hər hansı bir dəyişiklik baş verərsə bunu öncə biz bilərik”.

V. Xəlilov tövsiyə edir ki, insanlar heç bir elmi əsası olmayan boş sözlərə qulaq asmasalar daha yaxşı olar: “21 dekabrla bağlı iddianı irəli sürənlərin kimliyi belə məlum deyil. Maya təqviminə əsaslanan kinorejissorların dünyanın sonu ilə bağlı çəkdikləri film insanların psixologiyasına çox böyük təsir edib”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11513

Oxşar yazılar