Pişiklər bir birilə dostluq edirmi?
10 sentyabr 2025 12:46 (UTC +04:00)

Pişiklər bir birilə dostluq edirmi?

0

Pişiklər təbiətcə tək yaşayan heyvanlardır. Vəhşi mühitdə onlar nadir hallarda qruplar halında yaşayır. 

Lent.az pişiklərlə bağlı məlumatı təqdim edir:

Bir-biri ilə əsasən iki halda qarşılıqlı əlaqəyə girirlər.

cütləşmə dövründə,

və ya ərazi uğrunda mübarizədə.

Bəzən küçə pişiklərinin koloniyalarında onların birgə yaşadığını görmək olar. Çox vaxt belə hallarda həmin pişiklər kiçik yaşdan bir yerdə böyüyən bacı-qardaş olurlar.

Pişiklərin dostlaşması nə qədər vaxt aparır?

Ekspertlərin sözlərinə görə, bu proses kifayət qədər uzun çəkir. İki pişik bir neçə həftə ərzində dostlaşa bilsə də, əksər hallarda onların arasında əsl dostluq münasibətləri qurulması üçün 8–12 ay tələb olunur. Ancaq elə hallar da olur ki, pişiklər heç vaxt tam uyğunlaşmır. Bu zaman onlar sadəcə bir-birinə mane olmadan eyni evdə yaşaya bilirlər. Bəzi hallarda isə heyvanların sağlamlığı və təhlükəsizliyi naminə onları ayırmaq lazım gəlir.

Pişiyimə başqa dost pişik lazımdırmı?

Əgər evinizdə yalnız bir pişik saxlayırsınızsa və ikinci pişik götürməyi düşünürsünüzsə, bu, heyvan çox vaxtını tək keçirirsə faydalı ola bilər. Amma ekspertlər bildirirlər ki, pişiklərin əksəriyyəti evdə tək yaşamaqla da kifayət qədər xoşbəxtdir. Bunun əsas səbəbi onların əraziyə bağlılığıdır təbiətdə pişiklər geniş sahəni özlərinə məxsus hesab edir və başqa pişiklərlə onu bölüşmək istəmirlər. Əgər pişiklər bir-birinə öyrəşə bilmirsə, ən yaxşı yol baytara müraciət etməkdir. O, heyvanları necə düzgün və təhlükəsiz tanış etmək barədə məsləhət verəcək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar