Labrador Retrieverlərin  məşq ehtiyacları
25 aprel 2024 11:58 (UTC +04:00)

Labrador Retrieverlərin məşq ehtiyacları

Labrador Retrieverlərin fiziki fəallıq ehtiyacları

Labrador Retriever dünyanın ən məşhur it cinslərindən biridir. Yaxşı xasiyyətli, ağıllı, mehriban olduqları üçün onlara həm ailə, həm də xidmət və köməkçi itlər kimi tez-tez üstünlük verilir. Bu itlərin həm fiziki, həm də ruhi sağlamlıqları üçün gündəlik kifayət qədər məşq etmələri son dərəcə vacibdir.

Lent.az-ın hazırladığı bu bloqda siz Labrador Retrieverlərin məşq ehtiyacları barədə hər şeyi öyrənəcəksiniz.

Labrador Retrieverlərin aktiv həyat ehtiyacları

Labrador Retrieverlərin sağlam həyat sürmələri üçün onların məşq etmələri, sağlam qidalarla qidalandırmaları, mütəmadi olaraq baytarlıq müayinələrinə aparmaları və vaxtaşırı skrininq testləri etdirmələri böyük əhəmiyyət kəsb edir

Daimi fiziki fəaliyyət Labradorlara sağlam çəkidə qalmağa, əzələlərini güclü saxlamağa və artıq enerjini müsbət şəkildə xaric etməyə kömək edir.

1. Gəzinti və oyunlar:

Gəzinti: Daimi gəzintilər Labradorun ürək-damar sağlamlığını yaxşılaşdırmaq, oynaq və əzələ sağlamlığını dəstəkləmək üçün əladır. Gəzinti zamanı ətraf mühitin stimulları itinizin zehni sayıqlığını artırır. Hər bir yeni qoxu, səs və görmə onların marağına səbəb olur və zehni stimullaşdırır. Labrador Retrieverləri gündə ən azı 30 dəqiqədən 1 saata qədər gəzintiyə çıxarılmalıdır. Bununla belə, daha aktiv itlər daha uzun gəzinti tələb edə bilər.

Oyunlar: Bu cins enerjili və atletik olduğundan onlarla müntəzəm olaraq oyun oynamaq və məşq etmək vacibdir.

2. Fetch (top) oyunları

Fetch oyunları Labradorunuza artıq enerjini buraxmağa və yüksək enerji səviyyələrini idarə etməyə kömək edir.

İtaət və təlim

Fetch, itinizin itaətkarlıq bacarıqlarını təkmilləşdirərkən əylənməsinə imkan verən effektiv təlim vasitəsidir.

3. Üzgüçülük

Üzgüçülük xüsusilə yaşlı Labradorlar üçün oynaq və əzələ sağlamlığını dəstəkləyən az təsirli bir məşqdir. İsti günlərdə üzgüçülük Labradorların soyumasına və isti vurma riskini azaltmağa imkan verir.

Üzgüçülük texnikaları

Köpəyinizi suya alışdırmaq üçün yavaş və səbirli olun. Xilasedici jiletdən istifadə yeni başlayanlar üçün xüsusilə vacibdir.

4. Ağıl Oyunları

Zeka oyunları itinizin problem həll etmə qabiliyyətini artırır və zehni ayıqlığını qoruyur. Bu cür oyunlar itinizin duyğu bacarıqlarını və qavrayışını artırır.

5. Çeviklik təlimi

Çeviklik təlimi Labradorların fiziki çevikliyini və koordinasiyasını yaxşılaşdırır. Bu cür təlim digər itlər və insanlarla sosial əlaqədə olmağa təşviq edir və itaət bacarıqlarını artırır.

Sadə maneələrdən başlayaraq, itinizin inamını və bacarıqlarını tədricən artıra bilərsiniz. Hər Labradorun ehtiyacları fərqlidir. Buna görə məşq qaydalarını itinizin yaşına, sağlamlığına və enerji səviyyəsinə uyğunlaşdırmaq vacibdir.

Labrador Retrieverin qiymətləri

Labradorların qiymətləri, ümumiyyətlə, 100 ilə 3500 manat arasındadır. Lakin qiymətlər yaş, rəng və damazlıq standartlarından asılı olaraq dəyişə bilər. Bu qədər qiymətləri arasında fərq həm də onların baxımları ilə bağlıdır. 

Labrador harda yaşayır? Labrador evdə yaşaya bilərmi?

Labrador Retriever həm ev, həm çöl itləri kimi tanınır. Labrador Retrieverlərə qoxu bilmə qabiliyyətləri yüksək olduğu üçün xidmət və yardım itləri kimi tələb çox olur. Onların yaşayış məkanına uyğunlaşması təlimi ilə bağlıdır.

Ümumi məlumat:

Xatırladaq ki, Labrador Retriever Kanada mənşəli it cinsidir. İlk dəfə Nyufaundlend adasında balıqçılar tərəfindən istifadə üçün yetişdirilib. Bu itlər balıqçılara dənizdən düşən torları və xilasedici əşyaları toplamaqda kömək etmək üçün xüsusi olaraq yetişdirilib.

Labrador Retrieverin əcdadları 16-cı əsrdə Avropalı balıqçılar tərəfindən Nyufaundlend adasına gətirilib. Bu itlər Nyufaundlend adasının sərt iqlim şəraitinə və soyuq sularına uyğunlaşmaq üçün güclü və davamlı bir quruluşa sahib idilər.

Labrador 19-cu əsrin ortalarında İngiltərəyə gətirilməyə başlayıb. Labrador itləri orta boylu, əzələli və güclü it cinsləridir. Labrador qəhvəyi, şokolad, sarı və ya qara rəngə, geniş baş quruluşuna və güclü çənəyə malikdir. Bu it cinsinin orta ömrü 10-12 ildir. Orta səviyyədə tük tökürlər. Saçları qısa olduğu üçün onları daramaq çox asandır. Normal şəraitdə həftədə bir dəfə daranmaq kifayətdir, tökülmə mövsümündə bu həftədə 2 və ya 3 günə qədər artırılmalıdır.

Yaxşı xasiyyətli və ağıllı olduqları üçün Labrador Retrieverlərə həm də xidmət və yardım itləri kimi tələb çox olur. Bu sadiq dostları yetişdirərkən səbirli olmaq və onlara sevgi ilə yanaşmaq vacibdir.

Bir itə sahib olmağı düşünürsünüzsə, mütləq Labrador Retrieveri almalısınız. Ailələr və uşaqlarla əla münasibət qurur və uşaqlarla oynamaqdan həzz alırlar. Bu gözəl cins həyatınıza sevgi və sevinc gətirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3429
avatar

Fidan İlqar

Oxşar yazılar

İtlər öz balalarına necə tərbiyə verir?

İtlər öz balalarına necə tərbiyə verir?

22 noyabr 2024 , 11:58
Doberman itlərinə  necə rahat həyat yaşada bilərik?

Doberman itlərinə necə rahat həyat yaşada bilərik?

21 noyabr 2024 , 11:32
Sahibini dişləyən pişik evtanaziya  olundu

Sahibini dişləyən pişik evtanaziya olundu

20 noyabr 2024 , 16:34
Pişiklərə hamiləlik dövrü  qulluq

Pişiklərə hamiləlik dövrü qulluq

19 noyabr 2024 , 13:03
İt sahiblərinin nəzərinə -  Dişlərini fırçalamalısınız

İt sahiblərinin nəzərinə - Dişlərini fırçalamalısınız

12 noyabr 2024 , 15:26
Pişiklərdə qısqanclıq: həqiqət, ya mif

Pişiklərdə qısqanclıq: həqiqət, ya mif

11 noyabr 2024 , 13:42
Maraqlı 9 qara pişik cinsi   – Onlar haqqında nə bilirsiniz?

Maraqlı 9 qara pişik cinsi – Onlar haqqında nə bilirsiniz?

9 noyabr 2024 , 16:54
Bu it cinsləri  daha uzun yaşayır

Bu it cinsləri daha uzun yaşayır

7 noyabr 2024 , 11:58