İlanlar aylarla necə ac  yaşayırlar? - Elm adamları sirri tapdı
07 fevral 2026 17:59 (UTC +04:00)

İlanlar aylarla necə ac yaşayırlar? - Elm adamları sirri tapdı

0

Alimlər müəyyən ediblər ki, təkamül prosesində ilanlar, buqələmunlar və bəzi kərtənkələ növləri aclıq hormonu olan qrelini itiriblər. Məhz bu dəyişiklik onlara həftələrlə, hətta aylarla qidasız qala-qala enerjini qorumağa imkan verib.

Lent.az xəbər verir ki, qrelin əksər onurğalı canlılarda orqanizmə aclıq siqnalı göndərən hormondur.

Alimlər həm qrelin hormonunu kodlayan genləri, həm də onun aktivləşməsi üçün zəruri olan MBOAT4 fermentini araşdırıblar. Məlum olub ki, udav və pitonlarda bu genlərin yalnız qalıqları mövcuddur. Gadyukalar, kobralar, mambalar və polozlar isə həmin genləri tamamilə itiriblər. Dairəbaşlı kərtənkələlərdə qrelin geni zədələnib, lakin MBOAT4 fermentinin geni funksional olaraq qalıb.

Tədqiqatçılar nəticəyə gəliblər ki, “aclıq hormonunun” itirilməsi reptiliyalarda müxtəlif təkamül xətlərində müstəqil şəkildə bir neçə dəfə baş verib. Bu uyğunlaşma nadir ov edən və uzun müddət pusquda qalan heyvanlar üçün xüsusilə faydalı olub.

Daimi aclıq hissinin olmaması enerji sərfini azaldır və heyvanlara uzun müddət müntəzəm qidalanmadan yaşamaq imkanı verir.

Araşdırma müəlliflərinin fikrincə, bu kəşf hormonal mexanizmlərin təkamül zamanı nə qədər çevik ola bildiyini və bəzi hallarda onların itirilməsinin belə sağ qalma baxımından üstünlüyə çevrildiyini aydın şəkildə göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar