Yağış, qar yağır, külək güclənir
17 dekabr 2023 18:49 (UTC +04:00)

Yağış, qar yağır, külək güclənir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 17-si saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli, yağıntılı hava şəraiti davam edir.

Lent.az-ın  xəbərinə görə, Bakıda və Abşeron yarımadasında, Balakən, Gəncə, Şəmkir, Qusar, Şəki, Zaqatala, Şabran, Cəfərxan, Lənkəran, Neftçala, Biləsuvar, Beyləqanda arabir yağış, Gədəbəy, Daşkəsən, Xaçmaz, Xaltan, Sarıbaş (Qax), Qubada, Zaqatala rayonunun dağlıq ərazilərində (Əlibəy) qar yağıb.

Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, Naftalanda 28 m/s, Gəncədə 24 m/s, Tərtərdə 23 m/s, Neftçala, Tovuz, Şahdağda 20 m/s, Şəkidə 18 m/s, Altıağacda 17 m/s, Ceyrançöl, Şəmkirdə 16 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.

Naxçıvan, Şərur, Culfa, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qobustan, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Yevlax, Cəfərxan, Hacıqabul, Lerik, Yardımlıda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 10 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 0 dərəcə şaxta, aran rayonlarında 12 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5630

Oxşar yazılar

Günün hava proqnozu

Günün hava proqnozu

18 aprel 2025 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

17 aprel 2025 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

17 aprel 2025 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

16 aprel 2025 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

16 aprel 2025 , 09:30
Bakı və Abşeronda güclü külək əsir, leysan yağır - FAKTİKİ HAVA

Bakı və Abşeronda güclü külək əsir, leysan yağır - FAKTİKİ HAVA

16 aprel 2025 , 06:29
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

15 aprel 2025 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

15 aprel 2025 , 09:30