Şimşək çaxıb, leysan yağıb
09 iyun 2024 17:23 (UTC +04:00)

Şimşək çaxıb, leysan yağıb

0

İyunun 9-u saat 16:30-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, iyunun 9-u saat 16:30-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Naxçıvan, Göygöl, Şahdağ, Daşkəsən, Naftalan, Yevlaxda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Qərb küləyi arabir Daşkəsəndə 25-30 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 31-33, Naxçıvan MR-da 28-31, Aran rayonlarında 27-30, dağlıq rayonlarda isə 15-17 dərəcə isti olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 101678

Oxşar yazılar