Zərdabda "Mercedes" aşdı, sürücü öldü
07 may 2024 22:12 (UTC +04:00)

Zərdabda "Mercedes" aşdı, sürücü öldü

Zərdabda ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Zərdab-Mollakənd yolunun Şəftəhal kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes Benz" markalı avtomobil qarşısına çıxan iri buynuzlu heyvanı vurub.

Zərbənin təsirindən idarəetmədən çıxan nəqliyyat vasitəsi yol kənarına aşıb.

Nəticədə sürücü, Ağcabədi rayon sakini, 1991-ci il təvəllüdlü Xəyal Paşayev ölüb.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2379
avatar

Oxşar yazılar