Zərdabda ağır qəza - 3 uşaq öldü, 6 yaralı var  - YENİLƏNİB
10 avqust 2024 11:35 (UTC +04:00)

Zərdabda ağır qəza - 3 uşaq öldü, 6 yaralı var - YENİLƏNİB

Zərdabda qəzaya düşənlər bir ailənin üzvü olublar.

Lent.az xəbər verir ki, qəzada ölən 3 və 14 yaşlı qızlar sürücünün, digər 4 yaşlı qız isə qohumunun övladıdır.

***

09:31

Zərdabda baş verən qəzada ölü sayı artıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a bildirilib ki, hadisə nəticəsində xəsarət almış daha bir nəfər səhər saatlarında vəfat edib.

***

09:17

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, avqustun 9-da saat 23 radələrində Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi "VGV U75 Plus" markalı avtomobillə Kürdəmir-Zərdab yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində nəqliyyat vasitəsində olan iki nəfər ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

***

00:24

Zərdab rayon ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Zərdab rayonunun İşıqbağı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VGV U75 Plus" markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 2 nəfərin öldüyü və 6 nəfərin isə xəsarət aldığı bildirilir.

Xəsarət alan şəxslər Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3039
avatar

Oxşar yazılar