Zəngilan rayon sakini Bakıda bıçaqlandı
12 fevral 2022 04:29 (UTC +04:00)

 Zəngilan rayon sakini Bakıda bıçaqlandı

0

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Zəngilan rayon Ördəkli kənd sakini 1976-cı il təvəllüdlü Əsgərov Teyyub Yediyar oğlu  Bakıxanov qəsəbəsi E.Xəlilov küçəsində tanımadığı şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1814

Oxşar yazılar