Zaqatalada qohumlar  turşudan   zəhərləndi:  Vəziyyətləri ağırdır
15 aprel 2024 16:24 (UTC +04:00)

Zaqatalada qohumlar turşudan zəhərləndi: Vəziyyətləri ağırdır

Zaqatalada iki nəfər pomidor turşusundan zəhərlənib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Yuxarı Tala kəndində baş verib.

25 yaşlı Mollahacı Nurəddin oğlu Ramazanov aprelin 14-də zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Müayinə zamanı Mollahacı Ramazanovun pomidor turşusundan zəhərləndiyi məlum olub, vəziyyəti ağır olduğu üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Aprelin 15-də isə M. Ramazanovun yaxın qohumu, 61 yaşlı Murad Ramazan oğlu Ramazanov zəhərlənmə əlamətləri ilə Zaqatala rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onun da dünən qohumu M.Ramazanovla eyni məclisdə pomidor turşusundan zəhərləndiyi məlum olub.

Murad Ramazanov reanimasiya şöbəsinə yerləşdirilib.

# 10566
avatar

Oxşar yazılar