Zaqatalada məktəblini maşınla vuraraq öldürən QAZİ İMİŞ
27 iyun 2024 12:14 (UTC +04:00)

Zaqatalada məktəblini maşınla vuraraq öldürən QAZİ İMİŞ

9

Zaqatalada 14 yaşlı oğlanı maşın vuraraq öldürməsi barədə xəbər vermişdik.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən qazidir.

Belə ki, Vətən müharibəsi iştirakçısı, qazi Abdulla Ömərov idarə etdiyi "Toyota Prius" markalı maşınla Zaqatala şəhəri Anar Həmidov küçəsində 2010-cu il təvəllüdlü Əkbər Ülvi oğlu Alxasovu vurub.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan Ü. Alxasov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsinə yerləşdirilib.

Ü. Alxasov 3 gün sonra aldığı xəsarətlərdən ölüb.  

Faktla bağlı cinayət işi başlanıb. 

Hadiusəni törədən qazinin həbs edilmədiyi bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
9
# 11003

Oxşar yazılar