Zaqatalada maşın aşıb: xəsarət alanlar var  - YENİLƏNİB
26 avqust 2022 00:00 (UTC +04:00)

Zaqatalada maşın aşıb: xəsarət alanlar var - YENİLƏNİB

0

Zaqatalada baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub. 

Lent.az xəbər verir ki, qəza zamanı yaralananlar rayonun Əliabad qəsəbə sakinləri - 1984-cü il təvəllüdlü Ramin Səfər oğlu Səfərov və 2002-ci il təvəllüdlü Orxan Elşad oğlu Ramazanovdur. Hər iki şəxsin müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır.
 

***

20.59

Zaqatalada baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

Lent.az-ın məlumatına görə, hadisə saat 20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistiral yolunun Zaqatala rayonun Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. 

İlkin məlumata görə, minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı xəsarət alan iki nəfər - rayonun Əliabad qəsəbə sakinləri Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Hazırda yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 11686

Oxşar yazılar