Zaqatalada kütləvi qızılca xəstəliyi  yayıldı
17 noyabr 2023 16:53 (UTC +04:00)

Zaqatalada kütləvi qızılca xəstəliyi yayıldı

Zaqatalada qızılca xəstəliyi yayılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, oktyabr ayının ikinci ongünlüyündən başlayaraq Zaqatala rayonu ərazisində qızılca xəstəliyinin yayılması müşahidə olunur. 

Xəstəliyə Zaqatala şəhər və rayonun Kebeloba, Car, Yuxari Tala, Aşağı Tala, Çobankol, Muxax, Gözbarax Əliabad kəndlərində uşaqlar və hətta orta yaş qrupuna aid insanlar arasında rast gəlindiyi bildirilir.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 2023-cü ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub:

“Onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb. Ambulator xəstələrdən 8 uşaqdır, vəziyyətləri stabildir.

Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (5-i uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10 xəstə artıq evə buraxılıb. 9 xəstənin isə stasionar müalicəsi davam etdirilir”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, Zaqatala rayonunda qızılcaya yoluxma tək-tək hallarda qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb:

"Bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunublar. Hazırda rayonda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8322
avatar

Oxşar yazılar