Zaqatalada iki maşın toqquşdu : yaralananlar var - YENİLƏNİB
19 fevral 2025 22:58 (UTC +04:00)

Zaqatalada iki maşın toqquşdu: yaralananlar var - YENİLƏNİB

Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

Lent.az-ın məlumatına görə, qəza zamanı xəsarət alanlar aşağıdakılardır:

“VAZ 2102” markalı avtomobilin sürücüsü 1969-cu il təvəllüdlü Qax rayonu Güllük kənd sakini Natiq Bayram oğlu Hudulov.

VAZ 2107 markalı avtomobilin sürücüsü 2004-cü il təvəllüdlü Ağcabədi rayon sakini Amil Loğman oğlu Şirinov.

“VAZ 2107” markalı avtomobildə olan sərnişinlər - 2012-ci il təvəllüdlü Ağcabədi rayon sakini Hüseyn Loğman oğlu Şirinzadə, 1978-ci il təvəllüdlü Ağcabədi rayon sakini Loğman Rəcəb oğlu Şirinov və 1985-ci il təvəllüdlü Ağcabədi rayon sakini Əminət Rafail qızı Şirinovadır.

Qeyd edək ki, qəzaya uğrayan Ağcabədi rayon sakinləri bir ailənin üzvləridir.

***

21:54

Zaqatalada iki avtomobil toqquşub.

Lent.az xəbər verir ki, hadisə axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayonu Çobakol kəndindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, Qax rayon Güllük kənd sakininin idarə etdiyi "VAZ 2102" markalı minik avtomobili, Ağcabədi rayon sakininin idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində bir-neçə nəfərin xəsarət aldığı bildirilir. 

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13415

Oxşar yazılar

Gəncədə 31 yaşlı kişini küçədə bıçaqladılar

Gəncədə 31 yaşlı kişini küçədə bıçaqladılar

22 mart 2025 , 04:20
Lənkəranda hosteldə meyit tapıldı

Lənkəranda hosteldə meyit tapıldı

21 mart 2025 , 19:44
Gözətçinin meyiti məktəbdə tapıldı

Gözətçinin meyiti məktəbdə tapıldı

21 mart 2025 , 19:18
Evdə qaz balonu partladı-Xəsarət alanlar var

Evdə qaz balonu partladı-Xəsarət alanlar var

21 mart 2025 , 19:02
Bakıda diqqətsizlik piyadanın ölümünə səbəb oldu-VİDEO

Bakıda diqqətsizlik piyadanın ölümünə səbəb oldu-VİDEO

21 mart 2025 , 18:34
Gədəbəydə qar uçqununa düşən iki əsgərin meyitləri tapıldı

Gədəbəydə qar uçqununa düşən iki əsgərin meyitləri tapıldı

21 mart 2025 , 17:53
Bakıda bayram günü zəncirvarı qəza

Bakıda bayram günü zəncirvarı qəza

21 mart 2025 , 17:35
Bilmədən sirkə turşusu içdi, öldü

Bilmədən sirkə turşusu içdi, öldü

21 mart 2025 , 16:18