Zaqatalada fərdi yaşayış evində yanğın baş verdi
26 dekabr 2021 07:42 (UTC +04:00)

 Zaqatalada fərdi yaşayış evində yanğın baş verdi

0

 Hadisə saat 05 radələrində rayonun Aşağı Çardaqlar kəndində qeydə alınıb. 

APA-nın şimal-qərb bürosunun məlumatına görə, kənd sakini Niyazi Hacıməhəmməd oğlu Qebedova məxsus, ümumi sahəsi 240 kv/m olan ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin ikinci mərtəbəsindəki otaqlardan birinin tavan hissəsi 20 kv/m sahədə və həmin hissənin dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1403

Oxşar yazılar