Zaqatalada  ƏMƏLİYYAT:   havaya dron qaldırıldı - FOTO
23 avqust 2022 13:48 (UTC +04:00)

Zaqatalada ƏMƏLİYYAT: havaya dron qaldırıldı - FOTO

Zaqatalada dövlət sərhədi pozulub.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 22-də saat 17:30-da “Zaqatala” sərhəd dəstəsinin Zaqatala rayonunun Kəpənəkçi kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 nəfər naməlum şəxsin Alazan çayını keçərək dövlət sərhədini Azərbaycandan Gürcüstana və əks istiqamətdə pozması barədə əməliyyat məlumatı daxil olub. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə hərəkət edərək, xidməti ərazi qapadılmış və sərhəd pozucusunun axtarışını təmin etmək məqsədilə kəşfiyyat pilotsuz uçuş aparatı havaya qaldırılıb.

Saat 17:45-də şübhəli şəxsin yeri müəyyən edilmiş və sərhəd naryadı tərəfindən saxlanılıb. Saxlanılan şəxsin Azərbaycan vətəndaşı, Zaqatala rayon Mosul kənd sakini 58 yaşlı Həstərov Zakir Veysəlqara oğlu olması müəyyənləşdirilib. İlkin dindirmə zamanı sərhəd pozucusu dövlət sərhəddini pozduğunu etiraf edib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20733

Oxşar yazılar

Şəkidə piyada yolda CAN VERDİ

Şəkidə piyada yolda CAN VERDİ

31 mart 2025 , 10:03
Gəncədə 76 yaşlı kişini  maşın vurub öldürdü

Gəncədə 76 yaşlı kişini maşın vurub öldürdü

31 mart 2025 , 00:28
Gəncədə yeniyetmə dəm qazından  zəhərləndi

Gəncədə yeniyetmə dəm qazından zəhərləndi

30 mart 2025 , 22:01
Bakıda mənzildə meyit tapıldı

Bakıda mənzildə meyit tapıldı

30 mart 2025 , 19:44
Bakıda binada yanğın-VİDEO

Bakıda binada yanğın-VİDEO

30 mart 2025 , 19:01
Ucarda qəza: Bir ailənin  3 üzvü   yaralandı -YENİLƏNİB

Ucarda qəza: Bir ailənin 3 üzvü yaralandı -YENİLƏNİB

30 mart 2025 , 18:45
Göygöldə qadın ikinci mərtəbədən yıxıldı

Göygöldə qadın ikinci mərtəbədən yıxıldı

30 mart 2025 , 18:01
Ermənistandan növbəti təxribatlar-PUA uçurub, atəş açıblar

Ermənistandan növbəti təxribatlar-PUA uçurub, atəş açıblar

30 mart 2025 , 15:31