Zaqatalada “BMW” yandı
22 avqust 2022 23:14 (UTC +04:00)

Zaqatalada “BMW” yandı

0

Zaqatalada minik avtomobilində yanğın olub. 

Lent.az xəbər verir ki, saat 22 radələrində rayonun Aşağı Tala kənd inzibati ərazisində, Aşağı Tala kənd sakini Ramal Bəxtiyar oğlu Soltanova məxsus “BMW” markalı 10 UH 279 dövlət nömrə nişanlı minik avtomobilində yanğın baş verib. 

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. 

Hadisə nəticəsində avtomobilin mühərrik hissəsi yanaraq yararsız hala düşüb. 

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2435

Oxşar yazılar