Zaqatalada avtomobil, Bakıda ev yandı
15 may 2021 06:02 (UTC +04:00)

Zaqatalada avtomobil, Bakıda ev yandı

Zaqatala rayonunda "Mercedes" markalı minik avtomobilinin yük yeri yanıb. 

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. 

Digər yanğın Bakının Xəzər rayonunda qeydə alınıb.

Ümumi sahəsi 210 m² olan birmərtəbəli 5 otaqlı evin 1 otağının tavanı 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1245
avatar

Oxşar yazılar