Zaqatalada avtomobil aşdı, xəsarət alanlar var - VİDEO
07 fevral 2025 22:12 (UTC +04:00)

Zaqatalada avtomobil aşdı, xəsarət alanlar var - VİDEO

Zaqatala şəhərində minik avtomobili aşıb, xəsarət alanlar var.

Lent.az-ın məlumatına görə, axşam saat 21 radələrində Zaqatala şəhəri, Bayraq meydanı adlanan ərazidə hərəkətdə olan minik avtomobili aşıb.

İlkin məlumata görə, qəza zamanı xəsarət alan üç nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna aparılıb.

Hazırda yaralılara ilkin yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12315

Oxşar yazılar