Zaqatalada 2 nəfər xurma ağacından yıxıldı
04 noyabr 2023 21:00 (UTC +04:00)

Zaqatalada 2 nəfər xurma ağacından yıxıldı

Zaqatalada bir gündə iki nəfər xurma ağacından yıxılıb. 

Lent.az-ın məlumatına görə, bu gün rayonun Dağlı kənd sakini, 1952-ci il təvəllüdlü Məmməd Mirzə oğlu Xəlilov və Car kənd sakini, 1960-cı il təvəllüdlü Sədullah İbadullah oğlu Laçınov  xurma yığarkən ağacdan yıxılaraq xəsarət alıblar.

Hər iki şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. 

M. Xəlilova boyun fəqərələrinin çoxsaylı sınığı, S. Laçınova isə qabırğaların çoxsaylı sınığı dioqnozu qoyulub, müalicələri hazırda xəstəxanada davam etdirilir. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9479

Oxşar yazılar