Zaqatalada 17 yaşlı oğlan dəm qazından boğulub.
Lent.az-ın məlumatına görə, hadisə bu gün Zaqatala şəhəri Gülbənövşə Kərimova küçəsindəki evlərdən birində baş verib.
Orada yaşayan, 2006-cı il təvəllüdlü Turan Namiq oğlu Qurbanov hamamda çimərkən ölüb.
İlkin məlumata görə, yeniyetmə dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.