Azərbaycan Gürcüstan sərhədini pozan saxlanılıb.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə yanvarın 2-də saat 21 radələrində Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində baş verib. Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər Nigeriya vətəndaşı saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.