Zaqatala sakininin əlində qumbara partladı, ölən var - YENİLƏNİB
30 sentyabr 2023 23:41 (UTC +04:00)

Zaqatala sakininin əlində qumbara partladı, ölən var - YENİLƏNİB

Zaqatalada partlayıcı maddənin partlaması nəticəsində xəsarət alanların sayı artıb.

Lent.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Hadisə nəticəsində daha bir nəfər, 1992-ci il təvəllüdlü İlqar Cumayev xəsarət alıb.

***

Saat 23:23

Sentyabrın 30-u saat 22:30-də Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində iki nəfər kənd sakini - 32 yaşlı Məqsəd Rzayev və 29 yaşlı Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a verilən məlumata görə, həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov həlak olub.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, həlak olan şəxs Vətən müharibəsi iştirakçısıdır.

Lent.az-ın əldə etdiyi məlumata görə, həlak olan şəxs Vətən Müharibəsi iştirakçısıdır.

**

Saat 23:20

Zaqatala sakininin əlində qumbara partlayıb, vəziyyəti ağırdı.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Yengiyan kəndinin mərkəzində baş verib.

Kənd sakini, 29 yaşlı Həmid Oruc oğlu Gülməmədovun əlində qumbara partlayıb.

Hadisə nəticəsində ağır xəsarət alan H. Gülməmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) təcili yardım briqadasının əməkdaşlarının müşayəti ilə xəstəxanaya aparılıb.

Hazırda Zaqatala rayon hüquq-mühafizə orqan əməkdaşları hadisə yerində araşdırma aparır.

# 12171
avatar

Oxşar yazılar