Yük avtomobili yoldan çıxaraq üzüm bağına  girdi
29 avqust 2022 08:11 (UTC +04:00)

Yük avtomobili yoldan çıxaraq üzüm bağına girdi

0

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nətiəcədə avtomobil yoldan çıxaraq yol kənarındakı üzüm bağına düşüb.

Qəza zamanı Türkiyə vətəndaşı, 1989-cü il təvəllüdlü Aktepe Leven Metak xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə sürücü sükan arxasında yatıb. Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1967

Oxşar yazılar