Yolu keçən kişini öldürüb qaçdı
29 dekabr 2022 12:18 (UTC +04:00)

Yolu keçən kişini öldürüb qaçdı

Xaçmazda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə dekabrın 25-də saat 19 radələrində Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində qeydə alınıb. Yolu keçən rayon sakini A.Vəlibəyov müəyyən edilməyən avtomobillə vurulub və nəticədə o, hadisə yerində ölüb.

Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin avtomobilin sürücüsü, Xaçmaz şəhər sakini L.Hacəhmədov saxlanılıb.

Araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1608
avatar

Oxşar yazılar