Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonda yerləşən şadlıq saraylarının birinin qarşısında qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Ərəstun Həsənlini vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.