Rostov vilayətində yük maşınının törətdiyi qəza nəticəsində 5 nəfər diri-diri yanıb.
Lent.az-ın Rusiya mediasına istinadla xəbərinə görə, qəza Volqodonsk-Zimovniki yolunda qeydə alınıb.
Yük maşınının sürücüsü qarşıdan gələn zolağa çıxıb və orada minik avtomobilinə çırpılıb. Toqquşma nəticəsində içərisində 5 nəfərin olduğu avtomobil alovlanıb. Biri uşaq olmaqla beş nəfər hadisə yerində ölüb.
“Ağır yük maşınının sürücüsünə yerindəcə tibbi yardım göstərilib, onun həyat yoldaşı və 5 yaşlı uşağı xəsarətlə xəstəxanaya yerləşdirilib”, - məlumatda bildirilib.