İmişli rayon sakini  İntiqam Dadaşov, saxlanılan şəxs
23 may 2021 10:42 (UTC +04:00)

İmişli rayon sakini  İntiqam Dadaşov, saxlanılan şəxs

Yol nişanını oğurlamışdı, polis tutdu -FOTO

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində yol nişanı lövhəsini oğurlayan şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları xidmətdə olan zaman Biləsuvar rayonu ərazisindən keçən magistral yolun kənarında quraşdırılmış yol nişanı lövhəsini oğurlamaq istəyən şəxsi aşkar ediblər. Polis əməkdaşları həmin şəxsi saxlayaraq yol nişanı lövhəsi ilə birlikdə Polis Şöbəsinə gətiriblər. Araşdırmalarla oğurluq əməlini törədən şəxsin İmişli rayon sakini İntiqam Dadaşov olduğu müəyyən edilib.

Hal-hazırda Cəbrayıl RPŞ-də faktla bağlı araşdırmalar davam etdirilir.

# 2070
avatar

Oxşar yazılar