Yevlaxda zəncirvari qəza - Xəsarət alanlar var
29 avqust 2021 21:10 (UTC +04:00)

Yevlaxda zəncirvari qəza - Xəsarət alanlar var

Yevlaxda xəsarətlə nəticələnən yol qəzası qeydə alınıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, Bakı-Qazax avtomagistralının Yevlax rayonu ərazisindən keçən hissəsində zəncirvari yol qəzası baş verib.

"VAZ" və "Ford" markalı minik maşınları yanacaq daşıyan yük avtomobili ilə toqquşub. Qəza nəticəsində Bakı sakini olan 1942-ci il təvəllüdlü Bəxtiyar Rəcəbov və onun həyat yoldaşı 1949-cu il təvəllüdlü Şərqiyə Rəcəbova ağır xəsarət alaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra vəziyyətləri ağır olduğundan hər ikisi Gəncə Beynəlxalq Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1569

Oxşar yazılar