Ucarda yeniyetmə qızın ərə verilməsi barədə xəbər vermişdik.
Lent.az xəbər verir ki, yayılan məlumatlara görə, həmin toy məclisində Ucar rayon Polis Şöbəsinin əməkdaşı da iştirak edib. Bu isə birmənalı qarşılanmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov məsələ ilə bağlı Lent.az-a bildirib ki, yeniyetmənin erkən nikaha daxil olması ilə bağlı Ucar rayon Polis Şöbəsində araşdırmalara başlanılıb:
"Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Bundan əlavə, həmin toy məclisində iştirak edən Ucar rayon Polis Şöbəsinin əməkdaşı E.Neymanov barəsində də xidməti yoxlamalar aparılır".