Bakıda yeniyetmə qız və oğlan itkin düşüb.
Lent.az-ın məlumatına görə, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yaşayan, 15 yaşlı Zeynallı Aysu Rövşən qızı yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Bu barədə onun babası S. Əhmədov polisə müraciətində bildirib.
Bundan başqa, Yasamal rayonunda nitq qüsuru olan - 16 yaşlı Süleyman Nasir oğlu Comərdov yaşadığı evdən çıxaraq itkin düşüb. Bu haqda isə onun anası V. Comərdova müraciətində qeyd edib.
Hər iki faktla bağlı axtarış işləri aparılır.