Ağstafada zəhərlənmə faktı qeydə alınıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.
2007-ci il təvəllüdlü Nuranə Miriyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 15 yaşlı qızın vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, yeniyetmə yaşadığı evdə dəm qazından zəhərlənib.