Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.
2008-ci il təvəllüdlü R.Allahverdiyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumatıa görə, 13 yaşlı yeniyetmə yaşadığı evdə dəm qazından zəhərlənib.