200 dəfədən çox binaya çıxdı, yenə pul verib düşürtdülər
07 iyul 2025 15:24 (UTC +04:00)

200 dəfədən çox binaya çıxdı, yenə pul verib düşürtdülər

Türkiyədə kişi binanın damına çıxaraq, intihara cəhd edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Burdur rayonunun Gölhisar qəsəbəsində Bazar məhəlləsində qeydə alınıb. Binanın damında əli bıçaqlı şəxsi görən sakinlər polisə xəbər veriblər.

Hadisə yerinə gələn əməkdaşlar uzun müzakirələrdən sonra onu aşağı enməyə razı salıblar. Yoxlama zamanı onun Türkiyənin müxtəlif şəhərlərində indiyədək 200-dən çox intihara cəhd edən Hasan İ. olduğu üzə çıxıb.

Qeyd olunur ki, Hasan İ. tez-tez binaların damına çıxaraq, özünü atacağını deyib və pul aldıqdan sonra aşağı enib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar