Yazıçının meyiti tapıldı
30 yanvar 2024 14:29 (UTC +04:00)

Yazıçının meyiti tapıldı

Rusiyanın paytaxtı Moskvada yazıçı İvan Oqanovun meyiti tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, 80 yaşlı yazıçının meyiti Frunzenskaya sahilindəki mənzilində aşkarlanıb.

Məlumata görə, Oqanovun meyitində zorakılıq nəticəsində ölüm izləri aşkar edilməyib, ölümün dəqiq səbəbini ekspertlər müəyyənləşdirməlidir.

Qoca yazıçının ölümündən bir qədər əvvəl dostuna səhhətinin pis olmasından şikayət etdiyi müəyyənləşib. Həmin şəxs yanvarın 29-da polisə müraciət edərək bildirib ki, yanvarın 10-dan bəri Oqanovla əlaqə saxlaya bilməyib. Nəticədə polislər yazıçının mənzilinin qapısını açmalı olublar.

İvan Oqanov “Romada payız” şeiri, həmçinin “Ölü uşaqların mahnıları”, “Şəlalə çələngi”, “Bağımız boş idi”, “Payızda üzümçü mahnısı” romanları ilə tanınır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4197
avatar

Oxşar yazılar