Yataqxanada  üç ac uşaq tapıldı
22 yanvar 2024 13:37 (UTC +04:00)

Yataqxanada üç ac uşaq tapıldı

Rusiyada polis analarının yataqxanada qoyub getdiyi üç azyaşlı uşağı xilas edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Krasnoyarsk diyarının Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qonşulardan biri Jeleznoqorskdakı yataqxananın otağında uşaqların ağlaması barədə polisə məlumat verib. Qapını açan yerli polis əməkdaşları dağınıq otaqda yaşları bir ilə beş arasında olan üç uşaq tapıblar.

Böyüklərin dediyinə görə, ana çoxdan gedib, kiçik uşaqlara yemək qoymayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən edib ki, qadın 24 saat ərzində rəfiqəsi ilə spirtli içki qəbul edib və uşaqları nəzarətsiz qoyub.

Yetkinlik yaşına çatmayanlar ailələrindən götürülərək sosial müəssisəyə yerləşdirilir. Ana barəsində inzibati xəta haqqında protokol tərtib edilib, qadının valideynlik hüququndan məhrum edilməsi məsələsinə baxılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4035
avatar

Fidan İlqar

Oxşar yazılar