Yaşlı qadın yolda can verdi
13 iyun 2023 09:42 (UTC +04:00)

Yaşlı qadın yolda can verdi

0

Bakıda piyadanın ölümü ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, İsgəndərov Fuad İsa oğlu idarə etdiyi “Nissan Sunny” markalı avtomobillə Zığ-Hövsan şossesi ilə hərəkət etdiyi zaman idarə etdiyi avtomobillə yolu keçən piyada, 1952-ci il təvəllüdlü Rəhmanova İlla Cavad qızını vurub.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1713

Oxşar yazılar