Gədəbəydə zəhərlənmə faktı qeydə alınıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Nəriman kəndində qeydə alınıb.
1962-ci il təvəllüdlü Fulora Huseynova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 61 yaşlı qadının vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə F.Huseynova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.