Gəncə sakini özünə bıçaqla xəsarət yetirib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin Zərdani küçəsində qeydə alınıb.
Şəhər sakini, 1950-ci il təvəllüdlü Roman Məmmədov boğaza və qarnın daxilə keçən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.
73 yaşlı kişinin hansı səbəbdən özünə xəsarət yetirdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.