Sabirabadda kişi bədbəxt hadisə nəticəsində ölüb.
Lent.az-ın xəbərinə görə, rayonun Dadaşbəyli kənd sakini, 72 yaşlı İbrahimov Şükür Qafar oğlu pilləkəndən yıxılaraq ağır xəsarətlər alıb. O, kəllə-beyin travması və döş qəfəsinin əzilməsi diaqnozu ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq Ş.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.