Yarımçıq tikili çökdü,  7 nəfər öldü
19 mart 2024 05:21 (UTC +04:00)

Yarımçıq tikili çökdü, 7 nəfər öldü

Hindistanın şərqində yerləşən Qərbi Benqal ştatında tikilməkdə olan binanın uçması nəticəsində azı 7 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Lent.az xəbər verir ki,”Sinxua” agentliyi məlumat yayıb. 

Bildirilib ki, hadisə Kolkata şəhərində, “Garden Reach” bölgəsində baş verib. Yaralılar yerli xəstəxanaya yerləşdirilib. 

KİV-in məlumatına görə, bina tikintidə keyfiyyətsiz tikinti materiallarından istifadə olunduğu üçün uçub.

Binanın tikintisi ilə məşğul olan iki mühəndis səhlənkarlığa görə cəzalandırılıb.

Faktla bağlı cinayət işi başlanıb.
 

# 2988
avatar

Oxşar yazılar