Yanacaqdoldurma məntəqəsindən OĞURLUQ: İşçi  görün nə apardı?
16 dekabr 2022 15:02 (UTC +04:00)

Yanacaqdoldurma məntəqəsindən OĞURLUQ: İşçi görün nə apardı?

1

Bakıda yanacaqdoldurma məntəqəsi qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayonu ərazisindəki yanacaqdoldurma məntəqələrindən birinin kassasından 1632 manatın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmin məntəqənin operatoru Z.Cəfərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2210

Oxşar yazılar