Xurma ağacından  yıxılıb öldü
19 dekabr 2022 17:40 (UTC +04:00)

Xurma ağacından yıxılıb öldü

0

Qaxda 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.  

Lent.az xəbər verir ki, hadisə Qax şəhəri ərazisində baş verib.

Qax şəhər sakini, 1969-cu il təvəllüdlü Alberd Zurabaşvili yaşadığı evin həyətində xurma ağacından yıxılıb.  

Alberd Zurabaşvili aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2168

Oxşar yazılar