Xocavənddə pompa maşını aşdı,  ölən var  -YENİLƏNİB
24 dekabr 2023 09:35 (UTC +04:00)

Xocavənddə pompa maşını aşdı, ölən var -YENİLƏNİB

Xəbər verildiyi kimi, dünən Füzuli-Şuşa yolunun Xocavənd rayonunun Böyük Tağlar kəndindən keçən hissəsində Rahil Ağayevin idarə etdiyi betonvuran maşının aşması nəticəsində sürücü ağır xəsarət alıb, sərnişin Elçin Nəzərov ölüb.

Lent.az-ın APA-ya istinadən verdiyi  xəbərə görə, qəzaya düşən hər iki şəxs Biləsuvar rayonunun Nəsimikənd kəndinin sakinləridir.

Hadisə nəticəsində dünyasını dəyişən 1976-cı il təvəllüdlü Elçin Nəzərov sürücünün qaynıdır.

Elçin Nəzərov Rahil Ağayevlə betonvuran maşında çalışıb.

***

23 dekabr saat 11.25

Şuşa yolunda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə ötən gün saat 20 radələrində Xocavənd rayonu Böyük Tağlar kəndində qeydə alınıb. Neftçala rayon sakini 45 yaşlı Rahil Ağayevin idarə etdiyi "DAF" markalı beton tökən (pompa) maşını aşıb. Nəticədə onun sərnişini Biləsuvar rayon sakini 47 yaşlı Elçin Nəzərov yerindəcə keçinib. Sürücü isə yaralanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanılıb istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5997
avatar

Mehman Nəbiyev

Oxşar yazılar