Xocalıda kütləvi məzarlıqda daha iki şəxsə aid qalıqlar aşkarlandı
31 mart 2024 14:32 (UTC +04:00)

Xocalıda kütləvi məzarlıqda daha iki şəxsə aid qalıqlar aşkarlandı

Hazırda Xocalı soyqırımı qurbanlarının sümüklərinin aşkarlandığı yerdən daha iki nəfərə məxsus olduğu ehtimal edilən qalıqlar var.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, hazırda ərazidə qazıntı işləri davam etdirilir. Tapıntısına rast gəlinən hər iki şəxsin sümükləri qablaşdırılaraq, Bakıya Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndəriləcək: “Qazıntı işlərinə bu gün başlanılıb. Hələ ki, bir şəxsə məxsus sümük qalıqları aşkar olunub. Qazıntının divarının o biri tərəfində isə sümük qalıqlarının ucları görünür. Orda da ən azı yəqin ki, ikinci şəxsin qalıqları var. Hazırda işlər davam etdiriləcək. Burda neçə şəxsə məxsus sümük qalıqları var. Məhkəmə tibbi ekspertləri burdadır, işləyirlər. Yaşı, cinsi, boyu, ölüm səbəbi, sümüklərdə hansı xəsarətlər var, varsa, hansı alətlərlə törədilib, bunlar aydınlaşdırılacaq. Sonda da sümüklərdən nümunələr götürüləcək və genetik laboratoriyalarda onların kimliyi müəyyənləşdiriləcək".

# 1626
avatar

Oxşar yazılar

Bakıda “BMW” və "Hyundai" toqquşdu , xəsarət alanlar var

Bakıda “BMW” və "Hyundai" toqquşdu, xəsarət alanlar var

15 aprel 2024 , 02:18
Gəncədə avtomobil evlə birlikdə  yandı -FOTO

Gəncədə avtomobil evlə birlikdə yandı -FOTO

15 aprel 2024 , 01:51
Bakıda gənc oğlan bıçaqlandı

Bakıda gənc oğlan bıçaqlandı

14 aprel 2024 , 23:52
Qəbələdə güclü yanğın: iki ton ot bağlaması yandı

Qəbələdə güclü yanğın: iki ton ot bağlaması yandı

14 aprel 2024 , 21:41
Azyaşlı belə xilas edildi-VİDEO

Azyaşlı belə xilas edildi-VİDEO

14 aprel 2024 , 19:27
Bakıda mənzildə meyit tapıldı

Bakıda mənzildə meyit tapıldı

14 aprel 2024 , 17:33
İmişlidə  FACİƏ:   iki məktəblini "tok" vurub  öldürdü -YENİLƏNİB

İmişlidə FACİƏ: iki məktəblini "tok" vurub öldürdü-YENİLƏNİB

14 aprel 2024 , 16:46
Gəncədə zəncirvarı qəza

Gəncədə zəncirvarı qəza

14 aprel 2024 , 15:36