Xocalı rayonunda kütləvi məzarlıq aşkarlanıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, Əsgəran qalasının yaxınlığında aşkar edilən məzarlıqda ən azı 8 insan qalığının olması ehtimal edilir. Bu gün müvafiq qurumların nümayəndələri əraziyə baxış keçriblər.
Azərbaycanın ötən il Qarabağda apardığı lokal xarakterli antiterror tədbirləri zamanı ələ keçirilən, 1990-cı illərin əvvəllərində Qarabağ bölgəsində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin üzvü olan Beqlaryan Rəşid Aramayisi dindirilərkən 1992-ci ilin fevral ayında dinc Xocalı sakinlərinin qətlində iştirakçı olmasını və hadisələr zamanı 8 nəfər azərbaycanlının qətlə yetirildiyini, orada özünün də iştirakçı olduğunu etiraf edib.
İstintaq olunan cinayət işi çərçivəsində, Rəşid Beqlaryan qətlə yetirilən günahsız insanların Əsgəran qəsəbəsində, Qarqar çayının sol sahilində, Əsgəran qalasının ətrafında basdırıldığını etiraf edib.
Aşkar edilən kütləvi məzarlığa bu gün media-tur təşkil edilib. Media-turda yerli media nümayəndələri ilə yanaşı Serbiya, Türkiyə, Mərakeş, Peru, Uruqvay, Özbəkistan, Bosnya, Rusiyadan olan 35 nəfər xarici media nümayəndəsi də iştirak edib.
Bildirilib ki, ərazidə davam etdiriləcək axtarış işləri nəticəsində burada yeni insan qalıqlarının aşkar edilməsi gözlənilir. İnsan qalıqlarının eyniləşdirilməsi məqsədi ilə növbəti mərhələdə götürülərək nümunələr aidiyyəti laboratoriyaya təhvil veriləcək.
***
14:33
Xocalı rayonunda kütləvi məzarlıq aşkarlanıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, məzarlıq Xocalının Əsgəran qəsəbəsində tapılıb.