Xəbər verdiyimiz kimi, Abşeron rayonu Xırdalan şəhərində baş vermiş partlayış zamanı dağılmış evlərin altında qalan şəxslərin xilasetmə işləri davam etdirilir.
Lent.az məlumat verir ki, baş verən partlayışda ölən şəxs 1988-ci il təvəllüdlü Aytən Musayevanın sosial şəbəkədə fotosu yayılıb.
Qeyd edək ki, A.Musayevanın əri Vüsal Musayev və oğlu Firudin sağ çıxarılaraq xəstəxanaya yerləşdirilsə, azyaşlı qızının axtarışlarına hazırda davam edilir.