Xəzər dənizinin Xaçmaz sahilində balıqçı qayığı aşıb.
Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə Nabran kəndi ərazisində qeydə alınıb. Balıq tutmaq məqsədilə suya girən balıqçı qayığı sahildən 150 metr aralıda aşıb.
Qayıqda olan 3 nəfər üzərək sudan çıxıb. Şabran rayon sakini, 61 yaşlı Yusif Sultanov isə boğulub.
Faktla bağlı araşdırmalar aparılır.