1993-cü il təvəllüdlü Abşeron rayon sakini Ağayev Orxan Adil oğlu Xəzər dənizinin Sumqayıt sahilində batan şəxsi xilas edərkən batıb.
APA-nın yerli bürosunun məlumatına görə, 28 yaşlı gəncin idmançı olduğu bildirilir.
İdmançı batan şəxsi xilas etsə də, özü boğulub.
Onun cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.