Çelyabinsk sakinini qohumları döyərək xəstəxanaya qaytarıblar.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə şahidləri kişinin bir neçə nəfərin döydüyünü lentə alıb. Bundan sonra həmin şəxs maşına mindirilib. Dava zamanı yerli sakinlər polisə müraciət ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldikdə, hücum edənlərin zərərçəkənin qohumları olduğu üzə çıxıb.
O, könüllü olaraq xəstəxanadan çıxmaq qərarına gəlib. Ailə üzvünü müəssisəyə qaytarmaq üçün qohum və dostları belə qəddar tədbirlərə əl atmaq qərarına gəliblər.